Bakıda keçirilən IV Azərbaycan Beynəlxalq Müdafiə (ADEX) Sərgisində Türkiyə istehsalı olan “SAR9” tapançası nümayiş etdirilir.
“Report”un xəbərinə görə, 790 qramlıq tapança Türkiyənin Sarsılmaz şirkəti tərəfindən istehsal olunub.
Xatırladaq ki, bu ilin mart ayında Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı Azərbaycan Prezidentinə üzərində “Qarabağ Fatehi” yazısı olan eyni model tapança hədiyyə edib.


