Bakı. 2 mart. REPORT.AZ/ Pentaqon hipersonik (səsdən iti) texnologiyalar sahəsində iş görür, bu tip silahların ilk sınaq uçuşları 2019-cu ildə başlayacaq.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
"Rusiya və Çin kimi ölkələrlə rəqabət apardığımızı başa düşürük", - Perspektiv Araşdırma Layihələri İdarəsinin (DARPA) rəhbəri Stiven Uoker deyib.
O bildirib ki, rəhbərlik etdiyi idarə hələ ötən ilin payızında səsdən iti texnologiyalar sahəsində tədqiqatlar üçün büdcənin artırılmasını xahiş edib.
Qeyd edək ki, dünən Rusiya Prezidenti Vladimir Putin Federal Məclisdə çıxış edərkən hipersonik sürətlə qitələrarası məsafəyə uçma qabiliyyətinə malik olan "Avanqard" sisteminin yaradıldığını bəyan edib.