Bakı. 27 avqust. REPORT.AZ/ NATO-nun Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (ISAF) yeni komandanı təyin olunub.
Report-un NATO-nun rəsmi saytına istinadən verdiyi xəbərə görə, ISAF qüvvələrinin yeni komandanı Con Kempbell təyin edilib. Bu vəzifədə o, Cozef Danfordu əvəz edəcək.
Əvvəllər Kempbell ABŞ ordusu Baş gərargah başçısı müavini vəzifəsini icra edib.
Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələri də Əfqanıstanda ISAF missiyasında iştirak edirlər.