Zərdab sakinini Bakıda bıçaqlayan şəxs tapılıb

Zərdab sakinini Bakıda bıçaqlayan şəxs tapılıb Faktla bağlı cinayət işi başlanıb
Hadisə
5 Sentyabr , 2014 14:20
Zərdab sakinini Bakıda bıçaqlayan şəxs tapılıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Zərdab rayon sakini 1976-cı il təvəllüdlü Qurbanov Ədalət Ağasif oğlunu Bakının Binəqədi rayonu ərazisində bıçaqlayan şəxs  saxlanılıb. Binəqədi rayon Polis İdarəsindən (RPİ) Report-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Hüseyn Babayev tutulub.

Hadisənin şəxsi münaqişə zəminində törədildiyi bildirilir. 

Xatırladaq ki, hadisə Rəsulzadə qəsəbəsindəki "Zəngəzur" restoranının yaxınlığında baş verib. Hadisə zamanı yaralanan yaralı ağır vəziyyətdə 1 saylı Şəhər Xəstəxanasına çatdırılıb.  Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam edir.

Son xəbərlər

Orphus sistemi