Zülfüqar Mikayılov azadlığa buraxılıb

Zülfüqar Mikayılov azadlığa buraxılıb Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində icra olunub.
Hadisə
17 Mart , 2019 13:05
Zülfüqar Mikayılov azadlığa buraxılıb
Report

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

“Report”un məlumatına görə, tədbirdə Penitensiar xidmətin Təşkilat-nəzarət idarəsinin rəisi Vüqar Abışov, cəzaçəkmə müəssisəsinin rəisi Mehman Əliyev, Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev, hüquq müdafiəçisi Səadət Bənənyarlı də iştirak ediblər.

Bu həbsxanadan 1 nəfər - Nardaran hadisələrinə görə həbs edilmiş Zülfüqar Mikayılov azadlığa buraxılıb. Əfv olunaraq azadlığa buraxılan şəxsə arayış təqdim olunub.

Qeyd edək ki, Z.Mikayılov 2015-ci ildə Nardaran hadisələrinə görə həbs olunmuş və 17 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Xatırladaq ki, sərəncam, ümumilikdə, 431 nəfərə şamil ediləcək.

Son xəbərlər

Orphus sistemi