Ziya Məmmədovun qardaşı oğluna qarşı dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsi davam etdirilib

Ziya Məmmədovun qardaşı oğluna qarşı dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsi davam etdirilib Bakı. 17 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəmə iclası davam etdirilib.
Hadisə
17 Aprel , 2018 12:45
Ziya Məmmədovun qardaşı oğluna qarşı dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsi davam etdirilib
Report

Bakı. 17 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Daxili İşlər Nazirliyinə göndərilən sorğuya cavab verilmədiyi elan olunub.

Belə ki, ötən məhkəmə iclasda dövlət ittihamçısı vəsatət qaldıraraq bildirib ki, "Zaminbank"ın Müşahidə Şurasının sədri olmuş Nadir İsmayılov barəsində aparılan araşdırmanın nəticəsi haqda məlumat verilməsi haqda nazirliyə sorğu göndərilib.

Araşdırma isə E.Məmmədov və R.Heybətovun N.İsmayılovun köməkliyi ilə Türkiyəyə pul köçürməsi ilə bağlı olub.

Proses aprelin 20-də davam etdiriləcək.

Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs qismində sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədov tanınır.

E.Məmmədov Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, R.Heybətovun onun etibarından sui-istifadə edərək külli miqdarda pulunu dələduzluq yolu ilə mənimsədiyini bildirib. R.Heybətov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib və 5 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb.

İttiham aktına görə, E.Məmmədov işlə bağlı R.Heybətova 200 min dollar verərək Türkiyəyə göndərib. R.Heybətov orada avtomobil qəzasına düşüb və xəstəxanaya yerləşdirilib. Həmin zaman isə pulun üzərində olmadığını görüb. E.Məmmədov isə buna inanmayaraq R.Heybətovun pulu mənimsədiyini bildirib və polisə şikayət edib.

İttihama görə, R.Heybətov E.Məmmədovun 210 min dollar pulunu dələduzluq yolu ilə ələ keçirib.

Xatırladaq ki, E.Məmmədov "Best of the Best" promoşn qrupunun prezidenti olmaqla yanaşı, həmçinin, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi olub.

Son xəbərlər

Orphus sistemi