Ziya Məmmədovun qardaşı oğluna qarşı dələduzluqda təqsirləndirilən şəxsin məhkəmə istintaqı başa çatıb

Ziya Məmmədovun qardaşı oğluna qarşı dələduzluqda təqsirləndirilən şəxsin məhkəmə istintaqı başa çatıb Bakı. 30 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəmə iclası davam etdirilib.
Hadisə
30 Mart , 2018 12:18
Ziya Məmmədovun qardaşı oğluna qarşı dələduzluqda təqsirləndirilən şəxsin məhkəmə istintaqı başa çatıb
Report

Bakı. 30 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Elnur Məmmədova söz verilib.

O bildirib ki, ona 210 min dollar zərər dəyib: "Həmin puldan isə 144 min dollar ödənilib. Pulumun qalanını tələb edirəm. İstintaq dövründə mən bildirdim ki, getsin xaricə pulumu gətirsin. Amma müstəntiq razı olmadı".

Məhkəmə istintaqı başa çatıb. Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.

Təqsirləndirilən R.Heybətov məhkəmə zalından çıxmayacağını deyib: "Gəlin, məni həbs edin. Heç yerə getmirəm".

Proses aprelin 6-dək təxirə salınıb.

Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs qismində sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədov tanınır.

E.Məmmədov Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, R.Heybətovun onun etibarından sui-istifadə edərək külli miqdarda pulunu dələduzluq yolu ilə mənimsədiyini bildirib. R.Heybətov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib və 5 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb.

İttiham aktına görə, E.Məmmədov işlə bağlı R.Heybətova 200 min dollar verərək Türkiyəyə göndərib. R.Heybətov orada avtomobil qəzasına düşüb və xəstəxanaya yerləşdirilib. Həmin zaman isə pulun üzərində olmadığını görüb. E.Məmmədov isə buna inanmayaraq R.Heybətovun pulu mənimsədiyini bildirib və polisə şikayət edib.

İttihama görə, R.Heybətov E.Məmmədovun 210 min dollar pulunu dələduzluq yolu ilə ələ keçirib.

Xatırladaq ki, E.Məmmədov "Best of the Best" promoşn qrupunun prezidenti olmaqla yanaşı, həmçinin, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi olub.

Son xəbərlər

Orphus sistemi