Ziya Bünyadov prospektində zəncirvari yol qəzası baş verib, tıxac yaranıb

Ziya Bünyadov prospektində zəncirvari yol qəzası baş verib, tıxac yaranıb 20 Yanvar dairəsindən "Koroğlu" stansiyası istiqamətində tıxac yaranıb
Hadisə
2 Noyabr , 2017 21:19
Ziya Bünyadov prospektində zəncirvari yol qəzası baş verib, tıxac yaranıb

Bakı. 2 noyabr. REPORT.AZ/ Paytaxtın Ziya Bünyadov prospektində (Atatürk prospekti ilə kəsişməyə yaxın hissədə) 3 maşının iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bu səbəbdən, hazırda 20 Yanvar dairəsindən metronun "Koroğlu" stansiyası istiqamətində nəqliyyatın hərəkətində tıxac yaranıb.

BNA sürücülərə qəzanın nəticələri aradan qaldırılanadək alternativ yollardan istifadə etmələrini tövsiyə edir.

Son xəbərlər

Orphus sistemi