Ziya Bünyadov prospektində yük maşını böyük tıxaca səbəb olub - FOTO - ƏLAVƏ OLUNUB - VİDEO

Ziya Bünyadov prospektində yük maşını böyük tıxaca səbəb olub - FOTO - ƏLAVƏ OLUNUB - VİDEO Maşının yük hissəsində olan taxtalar yola dağılıb
Hadisə
16 May , 2017 00:08
Ziya Bünyadov prospektində yük maşını böyük tıxaca səbəb olub - FOTO - ƏLAVƏ OLUNUB - VİDEO
Report.az

Bakı. 15 may. REPORT.AZ/ Bakının Ziya Bünyadov prospektinin Nəsimi rayonu ərazisindən keçən hissəsində böyük tıxac yaranıb.

"Report" xəbər verir ki, hadisəyə "Kamaz" markalı yük avtomobilinin yük hissəsində olan taxtaların yola dağılması və sürücünün maşını dərhal saxlamaq istəyərkən avtomobilin bort hissəsinin də aşması səbəb olub.

Hadisə "Kamaz" Qələbə dairəsindən Boyükşor qəsəbəsi istiqamətində hərəkətdə olarkən baş verib. Maşın tuneldən çıxan zaman yük hissəsində olan taxtaların bir qismi yola dağılıb. Nəticədə idarəetməni itirən sürücü maşını bardürün üzərinə çıxararaq yolun əks istiqamətinə – tunelə daxil olan hissəsinə (20 Yanvar dairəsi istiqamətində) keçirib. Burada isə yük avtomobilinin bor hissəsi aşıb və hər iki istiqamətdə böyük tıxac yaranıb. Əraziyə DYP əməkdaşları cəlb olunduqdan sonra 20 Yanvar dairəsi istiqamətində olan yol açılıb. Lakin Qələbə dairəsinə gedən yolda hələ də tıxac qalmaqdadır.

Sürücü hadisə yerindən qaçıb.

***

Avtomobilin sahibi Məlikov Akif Eyvaz oğlu "Report"a açıqlamasında bildirib ki, maşını İsmayıl adlı sürücü ona verilən etibarnamə əsasında idarə edib.

"O, içkili olmayıb, çox güman ki, qorxduğuna görə hadisə yerini tərk edib. Hazırda onunla əlaqə saxlamaq mümkün deyil", - deyə o əlavə edib.

***

"Kamaz" deformasiyaya uğradığından qaldırıcı kran vasitəsi ilə ərazidən uzaqlaşdırılaraq cərimə meydançasına yerləşdirilib. Yolun hər iki istiqamətində hərəkət bərpa olunub.

Son xəbərlər

Orphus sistemi