"Zirə"nin əcnəbi futbolçusunu qarət edən azyaşlılar saxlanılıb

"Zirə"nin əcnəbi futbolçusunu qarət edən azyaşlılar saxlanılıb Bakıda əcnəbi futbolçunun pulunu oğurlayan şəxslər saxlanılıb.
Hadisə
21 dekabr 2019 07:44
Zirənin əcnəbi futbolçusunu qarət edən azyaşlılar saxlanılıb

Bakıda əcnəbi futbolçunun pulunu oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, dekabrın 17-də Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edən Botsvana Respublikasının vətəndaşı Mfo Kqasvane pulunun oğurlanmasını bildirib.

Araşdırmalarla müəyyən edilib ki, həmin gün saat 17 radələrində N.Rəfibəyli küçəsində 2 azyaşlı ona yaxınlaşıb, sonradan isə o, cibindəki 15 manat və 500 ABŞ dollarının oğurlanmasını aşkar edib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakinləri olan 2 azyaşlı qız Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Qeyd edək ki, Mfo Kqasvame “Zirə”nin futbolçusudur.

Son xəbərlər

Orphus sistemi