“Zirə”nin baş məşqçisi: “Qarabağ”dan bir xal almaq qələbəyə bərabərdir”

“Zirə”nin baş məşqçisi: “Qarabağ”dan bir xal almaq qələbəyə bərabərdir” “Yaxşı mübarizə apardıq. Bir xal almaq qələbəyə bərabər haldır. Komandada özgüvəni gördüm. Matça yaxşı köklənmişdik”.
Hadisə
10 Noyabr , 2019 22:16
“Zirə”nin baş məşqçisi: “Qarabağ”dan bir xal almaq qələbəyə bərabərdir”

“Yaxşı mübarizə apardıq. Bir xal almaq qələbəyə bərabər haldır. Komandada özgüvəni gördüm. Matça yaxşı köklənmişdik”.

“Report” xəbər verir ki, bu fikirləri “Zirə”nin baş məşqçisi Zaur Həşimov Premyer Liqanın XI turunda səfərdə “Qarabağ” ilə heç-heçə etdikləri (1:1) matçdan sonra mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis bildirib ki, əsasən müdafiədə yaxşı çıxış ediblər: 

“Qol epizdolarımız da oldu. Onların birindən yararlandıq. Komandada zədəli oyunçular var. Elvin Camalov oyuna zədəli çıxdı. Tiqrudja və Xulio də zədəlidir. Ümid edirəm ki, tez sağalacaqlar.Milli komandaların oyunları ilə bağlı fasilə işimizə yaraya bilər”.

Son xəbərlər

Orphus sistemi