Zığ şosesi yaxınlığında yanğın olub

Zığ şosesi yaxınlığında yanğın olub Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şosesi yaxınlığında yanğın olması barədə məlumat daxil olub.
Hadisə
759
1 Avqust , 2021 00:40
 Zığ şosesi yaxınlığında yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şosesi yaxınlığında yanğın olması barədə məlumat daxil olub.

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

Qeyd olunub ki, məlumatla əlaqədər FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, ərazinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

İlkin məlumata əsasən, yol kənarında açıq ərazidə quru ot və qarışıq tullantılar (sayğac, plastik borular) təqribən 200 m² sahədə yanıb.

Son xəbərlər

Orphus sistemi