Sumqayıtda zibilliyə çevrilmiş mənzildə yaşayan qadın xəstəxanaya yerləşdirilib

Sumqayıtda zibilliyə çevrilmiş mənzildə yaşayan qadın xəstəxanaya yerləşdirilib Sumqayıt şəhərində zibilliyə çevrilmiş mənzildə yaşayan yaşlı qadın xəstəxanaya yerləşdirilib.
Hadisə
11 İyun , 2019 01:04
Sumqayıtda zibilliyə çevrilmiş mənzildə yaşayan qadın xəstəxanaya yerləşdirilib

Sumqayıt şəhərində zibilliyə çevrilmiş mənzildə yaşayan yaşlı qadın xəstəxanaya yerləşdirilib.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, bu barədə 6 saylı Mənzil İstismar Sahəsinin (MİS) nümayəndəsi Qəhrəman Rəhimov bildirib.

Onun sözlərinə görə, mövcud vəziyyətlə əlaqədar olaraq Humay Bəylərova aidiyyəti qurumların köməyi ilə xəstəxanaya yerləşdirilib.

Məlumat üçün bildirək ki, söhbət Sumqayıt şəhər 2-ci mikrorayon, bina 8/11, mənzil 25-də yaşayan ailədən gedir. Həmin mənzildə yaşayan, psixoloji problemləri olan Təranə Bəylərova əsəb dispanserinə, anası Humay Bəylərova isə xəstəxanaya yerləşdirilib.

Mənzildə dərmanlanma işləri görülüb.

Son xəbərlər

Orphus sistemi