Zərərçəkmiş: “Ermənilər məcbur elədilər ki, telekanalda mənfi heç nə danışmayaq”

Zərərçəkmiş: “Ermənilər məcbur elədilər ki, telekanalda mənfi heç nə danışmayaq” “1994-cü ildə Füzuli döyüşlərində yaralandım”.
Hadisə
177
16 İyun , 2021 12:45
Zərərçəkmiş: “Ermənilər məcbur elədilər ki, telekanalda mənfi heç nə danışmayaq”

“1994-cü ildə Füzuli döyüşlərində yaralandım”.

“Report”un xəbərinə görə, bunu Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə iclasındakı ifadəsində zərərçəkmiş Zahid Həsənov deyib.

“Yaralı olan zaman ermənilər tərəfindən mühasirəyə düşərək əsir götürüldüm. Başımdan, çiynimdən, onurğamdan ağır güllə yarası almışdım. Əvvəl Xankəndi şəhərindəki xəstəxanaya aparıldım. Daha sonra “KamAZ”la Şuşa türməsinə apardılar. Alyoşanı da ilk dəfə orada gördüm. Televiziya kanllarından gəlmişdilər. Bizi məcbur elədilər ki, mənfi heç nə danışmayaq. Mən də etiraz etdim. Buna görə də məni döydülər. Mkrtiçyan Lüdvikin ağır botinkası vardı. Botinkası ilə məni təpiklə vuraraq işgəncə verirdi”, - zərərçəkmiş bildirib.

Son xəbərlər

Orphus sistemi