Zərdabda yol qəzası baş verib, 1 nəfər ölüb, 5 nəfər yaralanıb

Zərdabda yol qəzası baş verib, 1 nəfər ölüb, 5 nəfər yaralanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
21 İyun , 2018 19:34
Zərdabda yol qəzası baş verib, 1 nəfər ölüb, 5 nəfər yaralanıb

Zərdab. 21 iyun. REPORT.AZ/ Zərdab rayonunda ağır yol qəzası baş verib.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Körpükənd və Burunlu kəndləri arasında qeydə alınıb.

Belə ki, "VAZ-2107" və "Daewoo Nexia" markalı minik avtomobilləri toqquşub. Nəticədə "Daewoo Nexia"nın sürücüsü, Mingəçevir şəhər sakini Rakif Yunusov hadisə yerində ölüb, hər iki maşında olan 5 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan biri uşaqdır. Onlar xəstəxanalara yerləşdiriliblər.  

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi