Zərdabda tövlədə 7 ton ot bağlaması yandı

Zərdabda tövlədə 7 ton ot bağlaması yandı Zərdabda yanğın hadisə baş verib.
Hadisə
17 Sentyabr , 2020 06:30
Zərdabda tövlədə  7 ton ot bağlaması yandı

Zərdabda yanğın hadisə baş verib.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayonda  ümumi sahəsi 288 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə və damına yığılan 14 ton ot bağlamasının 7 tonu yanıb.

Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə yerinə Zərdab rayon dövlət yanğından mühafizə idarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın  söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi