Zərdabda torpaq üstündə dava düşüb, bir nəfər biçaqlanıb - VİDEO

Zərdabda torpaq üstündə dava düşüb, bir nəfər biçaqlanıb - VİDEO Faktla bağlı araşdırma aparılır
Hadisə
113
16 May , 2017 15:48
Zərdabda torpaq üstündə dava düşüb, bir nəfər biçaqlanıb - VİDEO
Report.az

Bakı. 16 may. REPORT.AZ/ Zərdab rayonunda torpaq üstündə dava düşüb. 

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Bəyimli qəsəbəsində qeydə alınıb.

Belə ki, Kəlbəcər rayonundan məcburi köçkün olan 67 yaşlı Murad Süleyman oğlu Mamedovla adları açıqlanmayan şəxslər arasında torpaq üstündə mübahisə baş verib. Nəticədə məcburi köçkün bir neçə bıçaq xəsarəti alıb. Yaralı yaxınları tərəfindən Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Xəstəxanadan "Report"un yerli bürosuna verilən məlumata görə, M.Mamedovun vəziyyəti orta ağır olaraq qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi