Sahibkarı bıçaqlayan gəncin məhkəməsi başlayır

Sahibkarı bıçaqlayan gəncin məhkəməsi başlayır Zərdab rayonunda mağaza sahibini bıçaqlamaqda təqsirləndirilən Elçin Qədirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
15 Avqust , 2019 10:06
Sahibkarı bıçaqlayan gəncin məhkəməsi başlayır

Zərdab rayonunda mağaza sahibini bıçaqlamaqda təqsirləndirilən Elçin Qədirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un məlumatına görə, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Nahid Mirzəyevin icraatında olan iş üzrə hazırlıq iclası avqustun 26-a təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında Zərdabda baş verib. Kürdəmir rayon sakini, 1996-ci il təvəllüdlü Elçin Qədirov Zərdabın Otmanoba kənd sakini, 1988-ci il təvəllüdlü Bəşarət Qasımovu kürəyindən bıçaqlayıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

Araşdırmalar zamanı məlum olub ki, Elçin Qədirov Bəşarət Qasımovu onun sahibi olduğu mağazanın qarşısında aralarında yaranan mübahisə zəminində bıçaqlayıb.

E.Qədirova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib. 

Son xəbərlər

Orphus sistemi