Zərdabda reyd keçirildi, 31 sürücü cərimələndi

Zərdabda reyd keçirildi, 31 sürücü cərimələndi Bu barədə DİN Mətbuat xidmətindən məlumat verilib
Hadisə
758
22 Aprel , 2021 17:02
Zərdabda reyd keçirildi, 31 sürücü cərimələndi

Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin və atmosferin nəqliyyat vasitələrindən atılan zəhərli qazlarla çirkləndirilməsinin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlər həyata keçirilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Yoxlamalar zamanı atmosferə normadan artıq dəm qazı buraxan 31 avtomobilin sürücüsü barəsində protokol tərtib olunub.

Reyd zamanı yol patrul xidməti əməkdaşları tərəfindən qeyd olunan yol hərəkəti iştirakçıları ilə maarifləndirici və profilaktik söhbətlər aparılıb, qayda pozuntularına yol vermiş sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilməklə inzibati məsuliyyətə cəlb ediliblər.

Qeyd edək ki, Zərdab rayonu ərazisində tərtib edilən tədbirlər planına uyğun olaraq hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədi ilə bu cür profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi