Zərdabda nişan məclisi aşkar edilib

Zərdabda nişan məclisi aşkar edilib arməmmədbağı kənd sakini Elman Soltanov yaşadığı evin həyətində qonaqların iştirakı ilə övladına nişan məclisi təşkil etdiyi müəyyən edilib
Hadisə
13 Aprel , 2021 13:16
Zərdabda nişan məclisi aşkar edilib
0 : 00
0 : 00

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Zərdab RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayonun Yarməmmədbağı kənd sakini Elman Soltanov yaşadığı evin həyətində qonaqların iştirakı ilə övladına nişan məclisi təşkil etdiyi müəyyən edilib.

Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol vermiş 5 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Son xəbərlər

Orphus sistemi