Zərdabda narkotik satışında şübhəli bilinən şəxs saxlanılıb

Zərdabda narkotik satışında şübhəli bilinən şəxs saxlanılıb Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Zərdab RPŞ-nin əməkdaşl
Hadisə
20 Fevral , 2022 11:43
Zərdabda narkotik satışında şübhəli bilinən şəxs saxlanılıb

Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Zərdab RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağcabədi rayon sakini Aqil İmranov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana aşkar edilib.

A.İmranovun narkotiki satdığı şəxslər də müəyyən olunub və həmin şəxslərdən də marixuana götürülüb.

Faktla bağlı Zərdab RPŞ-də araşdırmalar davam etdirilir və F.İmranov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi