Zərdabda narkotik satan qardaşlar saxlanılıb

Zərdabda narkotik satan qardaşlar saxlanılıb Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, daxil
Hadisə
143
26 Noyabr , 2021 10:44
Zərdabda narkotik satan qardaşlar saxlanılıb

Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a bildirilib ki, daxil olan məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Zərdab rayon sakini Elməddin Qəribov saxlanılıb.

Onun avtomobilinə baxış keçirilən zaman marixuana aşkar edilib.

Aşkar edilən narkotik vasitə ilə əlaqəli olan Ağcabədi rayon sakinləri - Müşviq İsmayılov və onun qardaşı İlham da müəyyən edilərək saxlanılıb.

Hal-hazırda faktla bağlı Zərdab RPŞ-də araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi