Yuxarı

Zərdabda narkotik maddələrin qanunsuz satışı ilə məşğul olan dəstə ifşa edilib - VİDEO - YENİLƏNİB

Zərdabda narkotik maddələrin qanunsuz satışı ilə məşğul olan dəstə ifşa edilib - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


*** 15:23

Zərdab. 24 noyabr. REPORT.AZ/ Zərdab rayonunda narkotik maddələrin qanunsuz alqı-satqısı məşğul olan şəxslər saxlanılıb. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, Zərdab rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində rayon sakini Seymur Elman oğlu Eyvazovun həmyerlisi Rac Məhəmməd oğlu Atayevə 10 manata satdığı 0,16 qram qurudulmuş marixuana götürülüb. S.Eyvazovda isə R.Atayevin narkotik vasitəni almaq üçün ona verdiyi pul əskinaslarının bir qismi aşkarlanıb. 

Daha sonra S.Eyvazovun həmin narkotik vasitəni həmyerlisi Elçin Ağasəlim oğlu Səfərovdan aldığı müəyyənləşib. İkincinin Zərdab şəhəri, A.Mustafayev küçəsi, 29 ünvanındakı evinə baxış zamanı 15 ədəd satış üçün bükümlərə bölünmüş 9,32 qram qurudulmuş marixuana, üzərindən isə S.Eyvazovun narkotik vasitəni almaq üçün ona verdiyi pulun bir qismi götürülüb. 

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işi başlanılıb. 

İstintaqla müəyyən edilib ki, E.Səfərova həmin narkotik vasitəni Yevlax şəhər sakini Ramil Tofiq oğlu Hüseynov satıb. Onun üzərindən E.Səfərova əlavə satmaq üçün gətirdiyi 4 ədəd kibrit qutusunda qablaşdırılmış 32,16 qram qurudulmuş marixuana götürülüb. R.Hüseynova isə narkotik vasitəni Yevlax rayon sakini Əfqan Məzahir oğlu Məmmədovun satdığı məlum olub.  

Onların hamısı şübhəli şəxs qismində saxlanılıb, cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. 

Bundan başqa, Zərdab rayon Məmmədqasımlı kənd sakini Aran Əlövsət oğlu İsgəndərovun rayonun Qoruqbağı kəndi ərazisində satış məqsədi olmadan qanunsuz olaraq alıb üzərində saxladığı 1 ədəd kibrit qutusunda qablaşdırılmış, şəxsi istehlak miqdarından artıq, təmiz çəkisi 6,01 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı üzərində saxlaması müəyyən olunub. Onun üzərinə baxış zamanı narkotik vasitə polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi