Zərdabda koronavirus xəstəsi saxlanıldı

Zərdabda koronavirus xəstəsi saxlanıldı Faktla bağlı Zərdab RPŞ-də araşdırma aparılır
Hadisə
15 Aprel , 2021 14:44
Zərdabda koronavirus xəstəsi saxlanıldı

Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Zərdab rayon sakini Məzahir Məmmədovun koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də, o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.

M.Məmmədovun yeri polis əməkdaşları tərəfindən müəyyən edilib, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

Faktla bağlı Zərdab RPŞ-də araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi