Zərdabda iki avtomobil toqquşdu, xəsarət alan şəxs Bakıya gətirildi

Zərdabda iki avtomobil toqquşdu, xəsarət alan şəxs Bakıya gətirildi Zərdab rayonunda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Hadisə
2016
13 Sentyabr , 2020 22:01
Zərdabda iki avtomobil toqquşdu, xəsarət alan şəxs Bakıya gətirildi

Zərdab rayonunda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Məmmədov İnam Aslan oğlu ağır bədən xəsarətləri alıb. Yaralı əvvəlcə rayon xəstəxanasına, vəziyyəti ağır olduğundan sonra isə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi və qabırğalarının sınığı diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi