Yuxarı

Zərdabda qoyun oğurluğu ilə məşğul olan şəxslər saxlanılıb

Zərdabda qoyun oğurluğu ilə məşğul olan şəxslər saxlanılıb
Faktla bağlı rayon Polis Şöbəsində cinayət işi başlanılıb

Zərdab. 29 aprel. REPORT.AZ/ Zərdabda sil-silə oğurluq faktlarının üstü açılıb.

"Report"un Şirvan bürosunun xəbərinə görə, rayonun Şəftəhal kənd sakini Rafael Əzim oğlu Xəlilov ərizə ilə rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, ona məxsus tövlədən 4 baş xırda buynuzlu heyvan oğurlanıb.

Polis Şöbəsində yaradılan əməliyyat-axtarış qrupu oğurluq faktının üstünü isti izlərlə açıb. Qoyunları oğurlamaqda şübhəli bilinən rayonun Dəliquşçu kənd sakini Amin Mehdi oğlu Səlimov saxlanılıb. Araşdırmalar nəticəsində məlum olub ki, A.Səlimov həmkəndilisi olan yetkinlik yaşına çatmayan Ramin Təvəkkül oğlu Qarayevlə birgə oğurluq edib.

A.Səlimov və R.Qarayev birlikdə rayonun müxtəlif kəndlərində sakinlərə məxsus xeyli sayda qoyun oğurlayaraq satıblar və 4 380 manat pul əldə ediblər.

Faktla bağlı Zərdab rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi