Zərdabda fərdi yaşayış evi yanıb

Zərdabda fərdi yaşayış evi yanıb Zərdab rayonunda fərdi yaşayış evi yanıb.
Hadisə
140
13 Sentyabr , 2021 16:01
Zərdabda fərdi yaşayış evi yanıb

Zərdab rayonunda fərdi yaşayış evi yanıb.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Məmmədqasımlı kəndində qeydə alınıb.

Qeyd edək ki, həmin kəndin sakini İsbatov Ziyəddin Cəbi oğluna məxsus 4 otaqlı ev əşyaları ilə birlikdə yanaraq külə dönüb. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Zərdab rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Alov söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi