Zərdabda evdə baş verən yanğında iki nəfər ölüb

Zərdabda evdə baş verən yanğında iki nəfər ölüb Zərdab rayonunun Çallı kəndində ümumi sahəsi 180 m² olan kürsülü, birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.
Hadisə
19 fevral 2022 04:49
Zərdabda evdə baş verən yanğında iki nəfər ölüb

Zərdab rayonunun Çallı kəndində ümumi sahəsi 180 m² olan kürsülü, birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1993-cü il təvəllüdlü Əhmədova Pərvanə Kərim qızı və 2013-cü il təvəllüdlü Əhmədli Gülayə Pərvin qızının yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Son xəbərlər

Orphus sistemi