Zərdabda 30 yaşlı kişi bıçaqlandı

Zərdabda 30 yaşlı kişi bıçaqlandı Zərdabda bıçaqlanma hadisəsi baş verib.
Hadisə
467
10 May , 2020 12:31
Zərdabda 30 yaşlı kişi bıçaqlandı

Zərdabda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Məmmədqasımlı kəndində qeydə alınıb.

Kənd sakini, 30 yaşlı Eyvazov Sübhi Seyfəddin oğlu aralarında yaranan mübahisə zəminində həmkəndlisi, əvvəllər məhkum olunmuş Əhmədov Cövdət Əhməd oğlu tərəfindən bıçaq xəsarəti alıb. Yaralı ətrafdakı insanların köməyi ilə Zərdab rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi