​Zərdabda 10 aylıq körpəsi olan qadın itkin düşüb

​Zərdabda 10 aylıq körpəsi olan qadın itkin düşüb Onun əri Zərdab Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib
Hadisə
7 Noyabr , 2015 10:35
​Zərdabda 10 aylıq körpəsi olan qadın itkin düşüb

Bakı. 7 noyabr. REPORT.AZ/ Zərdab rayon sakini itkin düşüb. "Report"un xəbərinə görə, rayonun Əlvənd kənd sakini, 1984-cü il təvəllüdlü Aynur Daşqın qızı Qasımova noyabrın 6-da saat 13 radələrində evdən çıxıb və geri qayıtmayıb. Onun evdən getməsindən xəbər tutan həyat yoldaşı Məhəbbət Qiyami oğlu Qasımov DİN-in "102" "qaynar xətti"nə və Zərdab Rayon Polis Şöbəsinə müraciət edib.

Polis şöbəsindən "Report"a verilən məlumata görə, qadının itkin düşməsi ilə əlaqədər əməliyyat-axtarış qrupu yaradılıb, hazırda axtarışlar davam etdirilir.

Qeyd edək ki, Aynur Qasımovanın 10 aylıq körpəsi var. Körpə hazırda evdədir.

Son xəbərlər

Orphus sistemi