Azərbaycanda 20 il həbs həyatı yaşamış şəxsdən odlu silah və narkotik vasitə götürülüb - FOTO

Azərbaycanda 20 il həbs həyatı yaşamış şəxsdən odlu silah və narkotik vasitə götürülüb - FOTO Faktla bağlı Zərdab rayon polis şöbəsində cinayət işi açılıb
Hadisə
21 May , 2016 11:26
Azərbaycanda 20 il həbs həyatı yaşamış şəxsdən odlu silah və narkotik vasitə götürülüb - FOTO

Bakı. 21 may. REPORT.AZ/ Zərdab rayon sakinindən odlu silah və narkotik vasitə götürülüb. "Report" xəbər verir ki, rayonun Burunlu kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 46 yaşlı Elşən Qədimov barəsində rayon polis şöbəsinə məlumat daxil olub. Dərhal əməliyyat istintaq qrupu yaradılıb. Onun idarə etdiyi minik maşınına baxış keçirilən zaman avtomobilin yük yerində olan ehtiyat təkərin altında selofan torbaya bükülmüş, ümumi çəkisi 459,26 qram olan qurudulmuş marixuana götürülüb. Əməliyyatın davamı olaraq E.Qədimovun mənzili və həyətinə baxış keçirilib. Həyətdə olan minik maşınından baxış zamanı bir ədəd avtomat tipli silah və bir ədəd də sandıqca götürülüb. 

Qeyd edək ki, E.Qədimov ümumilikdə 20 il məhkumluq həyatı yaşayıb. Hazırda polis şöbəsində onun digər əməlləri törədib-törətməməsi ilə bağlı araşdırma aparılır.

Faktla bağlı Zərdab rayon polis şöbəsində cinayət işi açılıb, araşdırma davam etdirilir.

Son xəbərlər

Orphus sistemi