Zəngilanda irigövdəli ağacın aşması nəticəsində magistiral yol bağlanıb

Zəngilanda irigövdəli ağacın aşması nəticəsində magistiral yol bağlanıb Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Zəngilan rayonu Zəngilan-Mincivan yolunun 10-cu km-də irigövdəli ağacın aşması və nəticədə magistiral yolun bağlanması barədə məlumat daxil olub.
Hadisə
12 Yanvar , 2025 13:25
Zəngilanda irigövdəli ağacın aşması nəticəsində magistiral yol bağlanıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Zəngilan rayonu Zəngilan-Mincivan yolunun 10-cu km-də irigövdəli ağacın aşması və nəticədə magistiral yolun bağlanması barədə məlumat daxil olub.

"Report" xəbər verir ki, daxil olan məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zəngilan rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri çağırış ünvanına cəlb olunublar.

Xilasedicilər müvafiq vasitələrlə aşmış ağacı hissələrə kəsilərək yoldan götürülməsini, bununla da magistral yolda sərbəst hərəkətin bərpasını təmin ediblər.

Son xəbərlər

Orphus sistemi