Zəngilan sakinindən 7 kq-dan artıq narkotik götürüldü

Zəngilan sakinindən 7 kq-dan artıq narkotik götürüldü Zəngilan rayon sakinində külli miqdarda narkotik vasitə aşkarlanıb.
Hadisə
8 iyun 2021 08:27
Zəngilan sakinindən 7 kq-dan artıq narkotik götürüldü

Zəngilan rayon sakinində külli miqdarda narkotik vasitə aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis idarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Zəngilan rayon sakini E.Abdullayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun yaşadığı mənzilə baxış zamanı oradan 7 kiloqramdan artıq marixuana götürülüb.

Son xəbərlər

Orphus sistemi