Zəhranın oğurlanmasına görə saxlanılan qadın barəsində həbs qətimkan tədbiri seçilib

Zəhranın oğurlanmasına görə saxlanılan qadın barəsində həbs qətimkan tədbiri seçilib Üç yaşlı Zəhra Bağırovanın oğurlanması ilə əlaqədar Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.
Hadisə
7 İyun , 2019 18:31
Zəhranın oğurlanmasına görə saxlanılan qadın barəsində həbs qətimkan tədbiri seçilib

Üç yaşlı Zəhra Bağırovanın oğurlanması ilə əlaqədar Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

O bildirib ki, şübhəli qismində saxlanılan Tərgül Nəzərova barəsində Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Z.Bağırova iyunun 4-də itkin düşüb, iyunun 6-da isə tapılıb.

Son xəbərlər

Orphus sistemi