Zaqatalanın ən ucqar kəndlərindən birində məktəb yanıb

Zaqatalanın ən ucqar kəndlərindən birində məktəb yanıb Zaqatala rayonu ərazisində yerləşən məktəblərin birində yanğın olub.
Hadisə
840
25 Oktyabr , 2021 22:35
Zaqatalanın ən ucqar kəndlərindən birində məktəb yanıb
0 : 00
0 : 00

Zaqatala rayonu ərazisində yerləşən məktəblərin birində yanğın olub.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun ən ucqar kəndlərindən biri olan Cimcimax kənd ümumi orta məktəbində qeydə alınıb.

Belə ki, anidən başlayan yanğına ilk müdaxiləni kənd sakinləri edib. Şəhər mərkəzindən 28 kilometr məsafədə yerləşən kəndə yanğınsöndürənlər çatana kimi yanğın sakinlər tərəfindən söndürülüb.

Yanğın nəticəsində məktəb direktorunun otağı və otağın yanar konstruksiyaları yanıb.

Qeyd edək ki, Cimcimax kənd ümumi orta məktəbində 56 şagird təhsil alır. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi