Zaqatalada zəlzələ olub - YENİLƏNİB

Zaqatalada zəlzələ olub - YENİLƏNİB Azərbaycanın şimal-qərb bölgəsində zəlzələ baş verib.
Hadisə
1 Dekabr , 2019 14:55
Zaqatalada zəlzələ olub - YENİLƏNİB

Azərbaycanın şimal-qərb bölgəsində zəlzələ baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yeraltı təkanlar bugün günorta saat 14:10 radələrində qeydə alınıb.

Qax rayonunun Güllük və Zərnə kənd sakinlərinin verdiyi məlumata görə, yeraltı təkanlar bir dəfə hiss olunub.

Dağıntı və tələfat yoxdur.


***14:53

İlkin məlumatlara əsasən yerli vaxtla saat 14:06-da Zaqatala stansiyasından 8 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.

Bu barədə "Report" Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, zəlzələ episentrdə 4 bal, yaxin ətraf rayonlarda 3 bala qədər hiss olunub.

Son xəbərlər

Orphus sistemi