Zaqatalada yol qəzası baş verib, xəsarət alan var - FOTO

Zaqatalada yol qəzası baş verib, xəsarət alan var - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
10 Mart , 2017 20:16
Zaqatalada yol qəzası baş verib, xəsarət alan var - FOTO
Report.az

Zaqatala. 10 mart. REPORT.AZ/ Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun verdiyi məlumata görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 110-cu kilometrliyində, rayonun Əliabad qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Balakən rayonu, Qaravəli kənd sakini, 1983-cü il təvəllüdlü Xanlar Cəbrayıl oğlu Abdurəhmanovun idarə etdiyi 57-BL-329 dövlət nömrə nişanlı "VAZ-21011" markalı avtomobil Zaqataladan Qax istiqamətində hərəkətdə olarkən onunla eyni istiqamətdə hərəkət edən və yolu dönmək istəyən Zaqatala rayonu, Yengiyan kənd sakini, 1986-cı il təvəllüdlü İlham Əhməd oğlu Hüseynovun sürücüsü olduğu 62-BE-961 dövlət nömrə nişanlı "VAZ-2106" markalı avtomobili vurub.

Nəticədə "VAZ-2106" yolun kənarına düşüb, sürücüsü xəsarət almayıb. Lakin "VAZ-21011"də olan sürücünün qardaşı, 1991-ci il təvəllüdlü Manaf Abdurəhmanov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Xəstəxanadan"Report"un Şimal-qərb bürosuna verilən məlumata görə, yaralının vəziyyəti kafidir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi