Zaqatalada yol qəzası baş verib, iki nəfər xəsarət alıb - YENİLƏNİB

Zaqatalada yol qəzası baş verib, iki nəfər xəsarət alıb - YENİLƏNİB Zaqatala rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adaları məlum olub.
Hadisə
26 İyun , 2019 08:55
Zaqatalada yol qəzası baş verib, iki nəfər xəsarət alıb - YENİLƏNİB

Zaqatala rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adaları məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, minik avtomobili ilə "KamAz" markalı yük maşınının toqquşması nəticəsində qəsəbə sakinləri - 1941-ci il təvəllüdlü Şaban Xəlil oğlu Şabanov və 1960-cı il təvəllüdlü Solmaz Vahid qızı Babayeva xəsarət alıblar. Onlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta-ağır qiymətləndirilir.

Fakt araşdırılır.


*** 08:01

Zaqatala rayonunda yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Əliabad qəsəbəsi ərazisində qeydə alınıb. Nəticədə iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar "təcili yardım" avtomobilləri ilə xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi