Zaqatalada yanğın olub - VİDEO

Zaqatalada yanğın olub - VİDEO Zaqatala rayonunda yanğın baş verib.
Hadisə
15 Avqust , 2019 15:44
Zaqatalada yanğın olub - VİDEO

Zaqatala rayonunda yanğın baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Aşağı Tala kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Cəriyyət Yaqubovaya məxsus həyətyanı sahədə yerləşən yardımçı tikili yanıb. Nəticədə tikilinin içində olan əşyalar, o cümlədən qış tədarükü üçün hazırlanan ərzaqlar tamamilə yanıb.

C.Yaqubova hadisə yerinə çağrılan yanğın söndürənlərin gec gəlməsindən narazılığını bildirib. O deyib ki, əgər yanğınsöndürənlər vaxtında gəlsəydilər tikilinin tamamilə yanmasının qarşısını almaq olardı.

Son xəbərlər

Orphus sistemi