Zaqatalada avtomobil ağaca çırpılıb, sürücü ölüb

Zaqatalada avtomobil ağaca çırpılıb, sürücü ölüb Elvin Rüstəmov aldığı xəsarətlərdən hadisə yerindəcə vəfat edib
Hadisə
12 Oktyabr , 2016 06:38
Zaqatalada avtomobil ağaca çırpılıb, sürücü ölüb

Zaqatala. 12 oktyabr. REPORT.AZ/ Zaqatala rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun  məlumatına görə, hadisə Zaqatala-Muxax yolunun 7-ci kilometrliyində qeydə alınıb.

Belə ki, rayon sakini 26 yaşlı Elvin Xəlil oğlu Rüstəmov idarəetdiyi  “VAZ” markalı minik avtomobili ilə hərəktədə olarkən idarəetməni itirib və yol kənarındakı ağaca çırpılıb. 

Nəticədə sürücü E.Rüstəmov  aldığı xəsarətlərdən hadisə yerindəcə vəfat edib. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi