Zaqatalada üç nəfərin zəhərlənərək öldüyü ehtimal olunur

Zaqatalada üç nəfərin zəhərlənərək öldüyü ehtimal olunur Ölənlər arasında 2 yaşlı uşaq var
Hadisə
31 Dekabr , 2017 23:31
Zaqatalada üç nəfərin zəhərlənərək öldüyü ehtimal olunur

Bakı. 31 dekabr. REPORT.AZ/ Zaqatalada üç nəfərin meyiti aşkar edilib.

Zaqatala Rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, bunlar 35 yaşlı Muxtarlı Nuranə Sabir qızı, 2 yaşlı Məmmədzadə Nilay İlqar qızı və 12 yaşlı Muxtarlı Fatimə Ramazan qızıdır.

İlkin araşdırma zamanı müəyyən edilib ki, meyitlərin aşkar olunduğu H.Zeynalabdin Tağıyev küçəsi, ev 2, 14 ünvanında yerləşən mənzil bir otaq, mətbəx və bir hamam otağından ibarətdir və mənzil kustar üsulla çuqun materialdan hazırlanmaqla rezin boru ilə qaz xəttinə birləşdirilmiş soba ilə qızdırılır.

Araşdırma ilə həmçinin müəyyən edilib ki, dekabrın 31-də saat 13 radələrində Nuranə Muxtarlının keçmiş əri İlqar Məmmədov “Yeni il” bayramı münasibəti ilə uşaqlarına aldığı hədiyyələri vermək üçün onların yaşadığı həmin ünvana gələrək qapını döysə də açan olmayıb. Hamamdan su səsinin gəldiyini eşidib evə gedən su kranını girişdən bağlayıb və bundan sonra qapını yenidən döyərkən içəridə olan azyaşlı oğlu Altun Məmmədzadə qapını açıb. İ.Məmmədov mənzilə daxil olduqda Nuranənin meyitini hamam otağında, qızı Nilayın və qaynı qızı Fatimənin meyitlərinin isə yataq otağında çarpayının üzərində aşkar edib və dərhal qonşuları köməyə çağırəb.

Meyitlər məhkəmə-tibb ekspertizasından keçirilərkən dəm qazı və qida zəhərlənməsi ehtimalı nəzərə alınmaqla nümünələr götürülüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə ölümün dəm qazından və qida zəhərlənməsindən baş verməsi fərziyyələri ətrafında zəruri istintaq-əməliyyst tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi