Yuxarı
    Bağlamaq

    Zaqatalada tülkü kəndə hücum edib, təsərrüfatlara ziyan vurub - FOTO

    Sakinlər kənddə vəhşi heyvanlar, sahibsiz itlərin artmasından narahat olduqlarını bildiriblər

    Zaqatala. 15 iyul. REPORT.AZ/ Zaqatalada tülkü kəndə hücum edib.

    "Report"un Şimal-Qərb bürosu xəbər verir ki, hadisə gecə satlarında Aşağı Tala kəndində baş verib. 

    Belə ki, tülkü kənd sakini Elnur Musayevə məsus evin həyətindəki hində 7 hindquşu,15-ə yaxın toyuğu boğaraq öldürüb və parçalayıb. Bundan sonra ev sahibi tələ qurub və axşam hinin yaxınlığında tülkünü tutub.

    Sakinlər indiyədək tülkülərin Aşağı Talada yüzə yaxın toyuq-cücəni məhv etdiyini, kənddə vəhşi heyvanlar, sahibsiz itlərin artmasından narahat olduqlarını bildiriblər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi