Zaqatalada sel təhlükəsi olan çaylarda tədbirlər görülür

Zaqatalada sel təhlükəsi olan çaylarda tədbirlər görülür Suyun artma ehtimalı olan çaylarda mühafizə tədbirləri görülü
Hadisə
18 Fevral , 2017 14:44
Zaqatalada sel təhlükəsi olan çaylarda tədbirlər görülür

Zaqatala. 18 fevral. REPORT.AZ/ Zaqatala rayonundan keçən çaylarda çay yataqlarının təmizlənməsinə başlanılıb.

Zaqatala Suvarma sistemləri idarəsinin rəisi Fikrət Şərifov "Report"un Şimal-qərb bürosuna bildirib ki, yaz aylarında dağ çaylarında suyun artması

sel təhlükəsi yaradır: "Buna görə də suyun artma ehtimalı olan çaylarda mühafizə tədbirləri görülür. Dağlara qarın çox düşməsi qar əridikdən sonra dağ çaylarında suyun səviyyəsini də artıracaq. Ötən ilə nisbətən bu il çayların daha bol sulu olacağı gözlənilir. Mart ayında yarana biləcək sel təhlükəsinin qarşısını almaq məqsədilə hazırda Muxax çayının yatağı təmizlənərək sahilə yığılır. Bundan başqa suvarma kanalları təmizlənərək suvarmaya hazır vəziyyətə gətirilir".

Son xəbərlər

Orphus sistemi