Zaqatala. 25 sentyabr. REPORT.AZ/ Zaqatala rayonunda şadlıq sarayında meyiti tapılan şəxsin adı məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, ilkin araşdırma zamanı meyitin rayonun Abaylı kənd sakini, 1957-ci il təvəllüdlü Kamil Mehdi oğlu Kostiyevə məxsus oldğu məlum olub. Mərhum həmin şadlıq sarayında gözətçi vəzifəsində çalışırmış. Üzərində zorakalıq əlamətləri olmayan K.Kostiyevin hansı səbəbdən öldüyü araşdırlır.
Faktla bağlı araşdırma aparılır.
***9:23
Zaqatala. 25 sentyabr. REPORT.AZ/ Zaqatala rayonunda şadlıq evinin sanitar qovşağından kişi meyiti tapılıb.
"Report"un Zaqatala-Balakən bürosunun məlumatına görə, meyit bu gün səhər saatlarında, rayonun Göyəm kəndi ərazisində fəaliyyət göstərən "Aişə" şadlıq sarayının sanitar qovşağında aşkar edilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdşalrı cəlb edilib.
Hələlik adı məlum olmayan şəxsin hansı səbəbdən öldüyü araşdırlır.