Zaqatalada Rusiya dövlət qeydiyyat nişanlı maşın adam vurub

Zaqatalada Rusiya dövlət qeydiyyat nişanlı maşın adam vurub Zaqatala. 21 oktyabr. REPORT.AZ/ Zaqatala rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
21 Oktyabr , 2018 12:01
Zaqatalada Rusiya dövlət qeydiyyat nişanlı maşın adam vurub

Zaqatala. 21 oktyabr. REPORT.AZ/ Zaqatala rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, rayonun Muxax kəndi ərazisində yerli sakin Samir Yəhyəyev idarə etdiyi “VAZ-21014” markalı, Rusiya dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən 1958-ci il təvəllüdlü Muxax kənd sakini Güləbatın Tapdıq qızı Gəncəliyevanı vurub.

Qəzadan sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan G.Gəncəliyeva Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanadan “Report”a bildirilib ki, G.Gəncəliyevaya qapalı kəllə-beyin travması və bədənin çoxsayı sıyrığı xəsarətləri dioqnozu qoyulub, müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılır.

Faktla bağlı araşdırma gedir. 

Bundan əvvəl Bakı və Sumqayıt şəhərlərində marşrut avtobusu piyadaları vuraraq öldürüb.

Son xəbərlər

Orphus sistemi