Zaqatalada piyada keçidlərindən istifadə etməyənlər cərimələnib

Zaqatalada piyada keçidlərindən istifadə etməyənlər cərimələnib Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən şəxslərin müəyyənləşdirilməsi, onların maarifləndirilməsi məqsədilə nəzarət-profilaktik tədbir keçiriblər. Rayonda piyada keç
Hadisə
21 fevral 2022 18:46
Zaqatalada piyada keçidlərindən istifadə etməyənlər cərimələnib

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən şəxslərin müəyyənləşdirilməsi, onların maarifləndirilməsi məqsədilə nəzarət-profilaktik tədbir keçiriblər. Rayonda piyada keçidlərindən istifadə etməyənlər cərimələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, tədbir zamanı mövcud keçidlərdən istifadə etməyərək öz həyatları ilə yanaşı, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılıb. Onlara yol hərəkətinin təhlükəsizliyi barədə məlumat verilib və barələrində qanunamüvafiq tədbirlər görülüb.

Həmçinin, piyada keçidlərində piyadalara yol verməyən sürücülər də aşkarlanaraq inzibati məsuliyyətə cəlb olunublar.

Son xəbərlər

Orphus sistemi