Zaqatalada külək məktəbin dam örtüyünü uçurub, sinif otaqlarını su basıb

Zaqatalada külək məktəbin dam örtüyünü uçurub, sinif otaqlarını su basıb Zaqatala rayonunda külək məktəbin dam örtüyünü uçurub.
Hadisə
29 İyun , 2022 10:50
Zaqatalada külək məktəbin dam örtüyünü uçurub, sinif otaqlarını su basıb

Zaqatala rayonunda külək məktəbin dam örtüyünü uçurub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, bu gün səhər saatlarında Zaqatala rayonu ərazisində əsən güclü külək nəticəsində Yuxarı Çardaqlar kənd tam orta məktəbinin dam örtüyü uçub.

Məktəbin bəzi sinif otaqları yağan yağış nəticəsində su ilə dolub.

Qeyd edək ki, külək rayonun Muxax kəndində fərdi yaşayış evinin də dam örtüyünü uçurub.

Son xəbərlər

Orphus sistemi