Zaqatalada koronavirus xəstəsi ictimai yerdə aşkarlandı

Zaqatalada koronavirus xəstəsi ictimai yerdə aşkarlandı M.Abducəlilov barəsində Zaqatala RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır
Hadisə
9 Aprel , 2021 15:19
Zaqatalada koronavirus xəstəsi ictimai yerdə aşkarlandı

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Zaqatala Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, rayonun Göyəm kənd sakini Mömin Abducəlilov ev şəraitində müalicə almasına baxmayaraq, o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib.

Polis əməkdaşları tərəfindən şəhər ərazisində saxlanılan həmin şəxs yaşadığı ünvana geri qaytarılıb.

M.Abducəlilov barəsində Zaqatala RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi