Zaqatalada karantini pozan 5 nəfər cərimələndi

Zaqatalada karantini pozan 5 nəfər cərimələndi Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmətdə olan zaman verilmiş icazələrdən sui-istifadə edən, SMS icazə sisteminə gün ərzində bir neçə dəfə ayrı-ayrı kodlarla SMS göndərən, eləcə də icazə üçün müəyyən olunmuş müddətin bitməsinə baxmayaraq, küçədə hərəkətinə davam edən şəxsləri müəyyən ediblər.
Hadisə
180
18 Aprel , 2020 15:09
Zaqatalada karantini pozan 5 nəfər cərimələndi

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmətdə olan zaman verilmiş icazələrdən sui-istifadə edən, SMS icazə sisteminə gün ərzində bir neçə dəfə ayrı-ayrı kodlarla SMS göndərən, eləcə də icazə üçün müəyyən olunmuş müddətin bitməsinə baxmayaraq, küçədə hərəkətinə davam edən şəxsləri müəyyən ediblər. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"un Şimal-qərb bürosuna verilən məlumata görə, qaydaları pozduqları üçün həmin rayon sakinləri - Tural Məmmədov, Çingiz Həsənov, Ramin Sultanov, Nəcəf Süleymanov və Tərlan Ramazanov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunaraq cərimə ediliblər.

Son xəbərlər

Orphus sistemi