Zaqatalada karantin rejimini pozanlar cərimələndi

Zaqatalada karantin rejimini pozanlar cərimələndi Ölkədə elan edilən xüsusi karantin rejimi qaydalarının təmin edilməsi məqsədi ilə Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində tədbirlər davam etdirilir.
Hadisə
28 Aprel , 2020 10:56
Zaqatalada karantin rejimini pozanlar cərimələndi
0 : 00
0 : 00

Ölkədə elan edilən xüsusi karantin rejimi qaydalarının təmin edilməsi məqsədi ilə Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində tədbirlər davam etdirilir. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən küçəyə çıxan vətəndaşlar yoxlanılan zaman 3 nəfər şəxsin heç bir icazəsi olmadan çöldə gəzdiyi müəyyən edilib. 

Karantin rejimi qaydalarını pozduqları üçün həmin rayon sakinləri - Əhməd Xubayberdiyev, Elçin Məmmədov Tural Şıxəmirov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Son xəbərlər

Orphus sistemi